Bayden Ukraynaya hərbi yardım üçün pul ayırmağı tapşırıbbackend

Bayden Ukraynaya hərbi yardım üçün pul ayırmağı tapşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Kiyevə hərbi yardım göstərmək üçün 150 milyon dollar ayrılması barədə göstəriş verib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin məlumatına görə, bu, Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin göstərişindən irəli gəlir.

Bayden bildirib ki, vəsait Ukraynaya yardım göstərmək üçün müdafiə vasitələri və Müdafiə Departamenti xidmətləri, hərbi təhsil və təlimlərə yönəldilməlidir. Amerika prezidenti həmçinin Blinkenə ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına əsaslanaraq Kiyevə daha 12 milyon dolların verilməsinin zəruri olub-olmadığını müəyyən etməyi tapşırıb.