Ukraynada Rusiyaya qarşı vuruşan Qərb Kiyevə yeni silahlar verir. ABŞ-nin bir başa dəstəyi ilə aparılan müharibədə Ukrayna əsasən Qərb silahlarından istifadə edir. Seçkiləri uduzan ABŞ prezidenti Cozef Bayden Şərqi Avropada münaqişənin başa çatmasına qarşıdır və bütün cəhdlə Ukrayna-Rusiya müharibəsinə öz “töhvəsini” verməyə çalışır.
NOCOMMENT.az xəbər verir ki, Bayden adminstrasiyası indi də Kiyevə nüvə silahı verməyə hazırlaşır. Hakimiyyətinin son aylarında sülhə qarşı əlindən gələnləri edən Bayden özündən sonra gələn Donald Trampa problemlər qoyub getməyi planlaşdırır. Əgər ABŞ Ukraynaya nüvə silahını ötürməyə nail olsa o zaman regionda müharibənin genişlənməsi riski artacaq. Konqresmen Mario Navfal hesab edir ki, Vaşinqton Kiyevi nüvə silahı ilə təhciz etsə, o zaman Bayden vətənə xəyanətdə ittiham ediləcək.