ABŞ prezidenti Co Bayden keçmiş ticarət naziri Penni Pritskeri Ukrayna iqtisadiyyatının bərpası üzrə xüsusi nümayəndə təyin edəcək.
NOCOMMENT.az bu barədə “The New York Time”a istinadən xəbər verir .
Qəzet qeyd edir ki, yeni mövqe Bayden administrasiyasının Rusiya ilə davam edən müharibəyə baxmayaraq, Ukraynanın uzunmüddətli iqtisadi sağ qalmasından narahat olduğunu göstərir.
“ABŞ Ukrayna iqtisadiyyatını bərpa etmək üçün səylərini istiqamətləndirəcək”, – Bayden deyib.