Bayden və Consonun bir-birinə verdiyi hədiyyələr diqqət çəkdibackend

Bayden və Consonun bir-birinə verdiyi hədiyyələr diqqət çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Britaniya baş nazirinə velosiped və dəbilqə hədiyyə edib.

NOCOMMENT xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb. Bildirilib ki, Co Bayden Böyük Britaniya baş naziri Boris Conson ilə görüşdə ona Amerikanın istehsal etdiyi velosiped və dəbilqə bağışlayıb.

Tez-tez velosipedlə gəzməyi, hətta işə velosipedlə gəlməyi xoşlayan Conson isə Baydenə amerikalı qaradərili hüquq müdafiəçisi Frederik Duqlasın şərəfinə Edinburqda çəkilmiş bir tablo verib. Həmin rəsm əsəri rəssam Ross Bleyr tərəfindən hazırlanıb və fotoqraf Melissa Hayton tərəfindən çəkilib.