Bayden və Makron Ağ Evdə görüşdübackend

Bayden və Makron Ağ Evdə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronu ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evdə rəsmi mərasimlə qarşılayıb.

Qeyd edək ki, Makron Bayden dövründə ABŞ-a “ilk dövlət səfərini” edən lider oldu.

Bayden dövründə ABŞ-a “ilk dövlət səfərini” edən llider olan Makronun gəlişi ilə 21 silahdan atəş açılıb, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Çıxışında Makron və xanımı Bricit Makronu qonaq etməkdən şərəf duyduğunu ifadə edən Bayden “Fransa bizim ən qədim müttəfiqimiz, azadlıq yolunda sarsılmaz ortağımızdır”, deyə bildirib.

Jalə Bədirova

NOCOMMENT.az