Bayden və Putin nələri müzakirə ediblər? – Şok detallarbackend

Bayden və Putin nələri müzakirə ediblər? – Şok detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ lideri Co Bayden və Rusiya prezidenti Vladimir Putin dünən axşamkı telefon danışığı zamanı daha çox Ukrayna məsələsini müzakirə ediblər. Tərəflər fikir və maraqlarını bir-birinə açıq şəkildə çatdırıblar.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, telefon danışığından sonra Ukrayna ətrafında baş verən gərginliyin səngiyib-səngiməyəcəyi gələcək addımlardan asılıdır.

Xatırladaq ki, müzakirə 50 dəqiqə çəkib və bu, dekabr ayında liderlərin ikinci danışığıdır.

Telefon danışığından sonra Ağ Ev və Kremlin verdiyi açıqlamalar maraq doğurub.

Ağ Evin mətbuat katibi Cen Psaki bəyan edib ki, prezident Bayden Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb: “Bayden açıq şəkildə bildirib ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ və müttəfiqləri buna qəti şəkildə cavab verəcəklər”.

Ağ Evin açıqlamasında deyilir ki, Bayden gələn ilin əvvəlində NATO-Rusiya Şurası çərçivəsində NATO və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında ikili strateji sabitlik dialoqundan başlayaraq diplomatiyaya dəstəyini ifadə edib. Bayden bu dialoqların önəmli irəliləmə və gərginliyi azaltmaq ortamında baş verə biləcəyini diqqətə çatdırıb. Bununla Bayden Putinə Ukrayna probleminin həllində dialoqa və diplomatiyaya işarə edib.

V.Putin isə amerikalı həmkarına xəbərdarlıq edib ki, Ukrayna böhranı səbəbindən veriləcək sanksiya qərarları ABŞ-Rusiya münasibətlərini tamamilə poza bilər. Putin deyib ki, istənilən sanksiyalar “çox böyük səhv” olacaq.

Görüşlə bağlı Putinin xarici siyasət müşaviri Yuri Uşakov da açıqlama verib. Görüşdə nüvə müharibəsi ehtimalının qəbuledilməzliyinin vurğulandığını bildirən Uşakov əlavə edib ki, prezident Baydenin görüş zamanı bir neçə dəfə nüvə müharibəsinin başlana bilməyəcəyini və bunda heç kəsin qalib gəlməyəcəyini vurğulaması çox əhəmiyyətlidir.

Liderlərin Avropanın təhlükəsizliyi və Ukrayna məsələlərini müzakirə etdiklərini xatırladan Uşakovun sözlərinə görə, əsas məqam odur ki, prezident Bayden ABŞ-ın Ukraynada hücum silahlarını yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bildirib. Prezident Putin isə qeyd edib ki, bu məsələ amerikalılara təklif edilən və müzakirə masasına qoyulması planlaşdırılan fayllardan biri olacaq.

Uşakov diqqətə çatdırıb ki, liderlər iki ölkə arasındakı münasibətlərə toxunmayıb: “Bu görüş tamamilə təhlükəsizlik təminatlarına həsr olunub. İkitərəfli əlaqələr gündəmdə deyildi. Əgər təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar uğurla nəticələnsə, bu, təbii ki, bu fikirlərə gətirib çıxaracaq”.

Onu da qeyd edək ki, Bayden və Putin 2022-ci ilin birinci ayında da telefon müzakirələri aparmağa razılaşıb. Ehtimal olunur ki, üçüncü telefon danışığı yanvarın 10-da keçirilə bilər.