Ağ Evdə hazırkı prezident Co Baydenlə görüşdə Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində bildirib.
“Mən onun Ukrayna münaqişəsi ilə bağlı fikirlərini öyrənmək istədim və o, mənimlə bölüşdü. Biz həmçinin Yaxın Şərqdəki vəziyyət haqqında ətraflı danışdıq və onun hazırkı vəziyyətlə bağlı fikrini anlamaq mənim üçün vacib idi”, – Tramp bildirib.
Eyni zamanda, siyasətçi Baydeni inauqurasiyadan əvvəl yenidən görəcəyini gözlədiyini açıqlayıb.
Noyabrın 13-də Tramp hakimiyyətin ötürülməsi ilə bağlı Baydenlə görüşmək üçün Ağ Evə gəlib. Orada siyasətçilər hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəliblər.