Bayden “verməyəcəyik” demişdi, amma…backend

Bayden “verməyəcəyik” demişdi, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Amerika prezidenti Co Bayden televiziya proqramında Ukraynaya F-16 göndərməyəcəyini və Ukraynanın bunu istəmədiyini bildirsə də, Amerika rəsmiləri iki ukraynalı pilotun hərbi təyyarə simulyatoru təlimi üçün Arizonada olduğunu bildirib.

NOCOMMENT xəbər verir ki, ABŞ-nin Ukraynaya F-16 verib-verməyəcəyi ilə bağlı müzakirələr hazırda davam etsə də, bu məsələ ilə bağlı qeyri-müəyyənlik hələ də davam edir.

Belə ki, Co Baydenin televiziya verilişində F-16-ların Ukraynaya göndərilməyəcəyini açıqlamasından sonra ABŞ Müdafiə Nazirliyindən diqqətçəkən açıqlama gəlib. Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, bu təlimlə ukraynalı pilotlar daha effektiv olacaq və öz bacarıqlarını artırmaq üçün məsləhətlər alacaqlar. O, həmçinin qeyd edib ki, Arizonada keçirilən tədbir Ukrayna və Amerika personalı arasında münasibətləri də yaxşılaşdıracaq və ukraynalı pilotlar üçün Amerika Hərbi Hava Qüvvələrinin necə fəaliyyət göstərdiyini müşahidə etmək imkanı olacaq.