Bayden Yaponiyanın baş naziri Kişida ilə görüşdübackend

Bayden Yaponiyanın baş naziri Kişida ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Yaponiyanın Hirosima şəhərində başlayacaq G7 Liderlər Zirvəsi öncəsi Yaponiyaya gələn ABŞ (ABŞ) prezidenti Co Bayden axşam saatlarında Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Fumio Kişida və Co Bayden Rusiyanın işğal cəhdi qarşısında Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Mətbuata qapalı keçirilən görüşdən sonra Ağ Evdən edilən yazılı açıqlamada ölkə başçılarının təhlükəsizlik, iqtisadiyyat və regional məsələlərdə əməkdaşlığı inkişaf etdirmək üçün bir araya gəldiyi ifadə edilib.

NOCOMMENT.AZ