ABŞ prezidenti Co Bayden, Florida ştatında bir amerikalının 3 qaradərilinin ölümü ilə nəticələnən “irqçi” hücumunu pisləyib.
NOCOMMENT.az xəbər verir ki, Bayden Florida ştatının Ceksonvill şəhərinin qara məhəlləsində baş verən atışma ilə bağlı yazılı açıqlama verib.
“İrqçi səbəblərlə” həyata keçirilən hücumu qınayan Bayden, ” ABŞ-da ağların üstünlüyünə yer yoxdur. Bunu açıq və qəti şəkildə söyləməliyik”, – deyib.
Bayden bildirib ki, Amerika xalqı qaradərililərin “irqlərinə görə” güllələnməkdən qorxduğu bir ölkədə yaşamaqdan imtina etməlidir.
“Nifrətin təhlükəsiz sığınacağı olmamalıdır. Susmaq şəriklikdir. Ona görə də susmamalıyıq. Jill və mən həyatını itirənlər və ailələri üçün dua edir, Ceksonville xalqı ilə birlikdə yas tuturuq”, – deyə Bayden bildirib.