Baydendən İraqla bağlı gözlənilməz ETİRAFbackend

Baydendən İraqla bağlı gözlənilməz ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İraqın nüvə silahına malik olduğunu iddia etməklə yanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu fikri ABŞ-ın hazırkı prezidenti Co Bayden CNN telekanalına müsahibəsində deyib.

“Mənim fikrimcə, İraqın nüvə silahına malik olduğunu düşünmək mənasız idi”, – deyə Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətindən danışıb.

Bayden qeyd edib ki, ABŞ bir sıra siyasi xətalara yol verib. İraqla yanaşı, o, birləşdirməyə çalışmağın mənasız olduğu Əfqanıstanı da xatırladıb.

İraqın kütləvi qırğın silahlarına malik olması şübhəsi 2003-cü ildə ABŞ və onun müttəfiq ölkələrinin beynəlxalq koalisiyası tərəfindən İraqı işğal etməsinin rəsmi səbəbi oldu. Müharibə Səddam Hüseyn rejiminin devrilməsinə və regionda uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxardı. Əməliyyat BMT tərəfindən bəyənilməyib və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub. Kütləvi qırğın silahı tapılmayıb.

Əfqanıstanın ABŞ və NATO tərəfindən işğalı 2001-ci ildən 2021-ci ilə qədər davam edib.