Baydendən Kanadadakı meşə yanğınlarının nəticələri barədə xəbərdarlıqbackend

Baydendən Kanadadakı meşə yanğınlarının nəticələri barədə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Kanadada günlərdir davam edən və ölkənin şimal-şərq əyalətlərini də tüstülər altında qoyan meşə yanğınları ilə bağlı yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Bayden iqlim dəyişikliyinin təsirlərinə işarə edərək, milyonlarla amerikalının Kanadada meşə yanğınlarının tüstüsünün təsirinə məruz qaldığını qeyd edib.

ABŞ-nin may ayından bu yana 600-dən çox yanğınsöndürən və dəstək personalı, eləcə də yanğınsöndürmə bölmələri yerləşdirdiyini qeyd edən Bayden, dünən Kanadanın baş naziri Castin Trüdo ilə görüşdüyünü və əlavə yardım təklif etdiyini bildirib.

Bayden, Kanadanın əlavə yanğınsöndürənlər və hava tankeri kimi yanğınsöndürmə vasitələri ilə bağlı müraciətinə dərhal reaksiya verməyi aidiyyatı qurumlara tapşırdığını söyləyib.

NOCOMMENT.AZ