Baydendən qalmaqallı İTTİHAM: Türkiyə bizə təhlükə yaradırbackend

Baydendən qalmaqallı İTTİHAM: Türkiyə bizə təhlükə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Suriyada fövqəladə vəziyyət rejimini daha bir il uzaldıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bayden məsələ ilə əlaqədar Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Türkiyədən də bəhs edib.

ABŞ prezidenti Türkiyənin Suriyadakı əməliyyatının İŞİD-lə mübarizəyə zərər verdiyini bildirib.

Bayden məktubunda yazır: “Suriyadakı situasiya və bununla əlaqədar hallar, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücuma keçməsi İŞİD-i məğlub etmək səylərini alt-üst edir”.

Amerika başçısı Türkiyəni bölgədə sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla da təhdid etdiyini bildirib. O, bununla Suriyada ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükənin yarandığını bildirib.