Baydendən ukraynalı pilotlara F-16 təlimi azılığıbackend

Baydendən ukraynalı pilotlara F-16 təlimi azılığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden G7 müttəfiqlərinə ölkəsinin ukraynalı pilotlara F-16 qırıcılarının təlimi ilə bağlı planı təsdiqləyəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Associated Press-ə (AP) danışan kimliyinin açıqlanmasını istəməyən rəsmilər Baydenin F-16-ların Ukraynaya çatdırılması ilə bağlı G7 liderləri ilə söhbətinin təfərrüatlarını paylaşıblar.

Baydenin ukraynalı pilotlara F-16 təlimi vermə planını dəstəkləyəcəyini ifadə edən rəsmilər, bunun ABŞ-ın Ukraynaya F-16 göndərməsi üçün atılan bir addım olduğunu qeyd edib.

Səlahiyyətlilər Baydenin bu döyüş təyyarələrinin nə vaxt, nə qədər və kimlər tərəfindən veriləcəyi ilə bağlı qərarlarını təlimlər davam etdikcə yaxın aylarda veriləcəyini bildiriblər.

Bundan əlavə, səlahiyyətlilər təlimin Avropada və yaxın həftələrdə başlayacağını açıqlayıb.

NOCOMMENT.AZ