Baydenin komandası İranla müzakirəyə başladı – Sensasion İDDİAbackend

Baydenin komandası İranla müzakirəyə başladı – Sensasion İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Kanal 12 telekanalı ABŞ və İranla bağlı sensasion iddia irəli sürüb.

NOCOMMENT.az Teleqraf.com-a istinadla xəbər verir ki, telekanalın yaydığı məlumatda Donald Trampın imtina etdiyi İranla nüvə anlaşmasının Co Bayden tərəfindən yenidən gündəmə gətirildiyi bildirilib.

İddialara görə, Baydenin komandası nüvə anlaşmasına geri qayıdış üçün müzakirələrə başlayıb. Bu barədə İsrail tərəfinin də məlumatlandırıldığı qeyd olunur.

İsrailli jurnalist Barak Ravidə açılama verən Bayden komandasından mənbə İranla bağlı xəbəri təkzib edərək yeni prezidentin komandasından heç kimin İranla müzakirə aparmadığını söyləyib.

Qeyd edək ki, Donald Tramp İranla 2015-ci ildə İranla əldə edilən nüvə anlaşmasını ləğv edib.