Baydenin qalib gəlmək şansı aşağıdırbackend

Baydenin qalib gəlmək şansı aşağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-də keçiriləcək seçkidə ölkənin hazırkı Prezidenti Co Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd edilib ki, partiyanın bəzi üzvləri Baydenin ikinci müddətə ABŞ Prezidenti seçilmək şansından narahatdırlar.

Narahatlıq onun yaşı, yüksək qiymətlər və administrasiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi səbəbindən səs itirməsidir. Hətta Baydenin bir çox tərəfdarı Donald Trampın dövlət başçısı seçilməklə daha yaxşı işlər görəcəyinə inanır.

Xatırladaq ki, Tramp dəfələrlə Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb.