ABŞ prezidenti Co Bayden F-16-ların Türkiyəyə satışına açıq dəstəyinin davam etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, “AA” müxbirinin sualını cavablandıran ABŞ Dövlət Departamenti Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı atdığı böyük addımı alqışladığını qeyd edib.
Nazirlikdən verilən açıqlamada, “Prezident Bayden uzun müddətdir ki, NATO-nun əməliyyat qabiliyyətini artıracaq Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə açıq dəstəyini davam etdirir”.
İsveçin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində NATO-ya üzvlüyü ilə bağlı təklifin qəbul edilməsini alqışladıqlarını qeyd edən ABŞ Dövlət Departamenti həmçinin rəsmi bildiriş verilməyənə qədər bu cür xarici silah satışı prosesləri ilə bağlı açıqlama və ya şərh verə bilməyəcəklərini bildirib.
Qeyd edək ki, İsveçin NATO-da iştirakına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.