Səlahiyyətlilərin prezident Co Baydenin iqtisadi islahatlarının bir hissəsi kimi investisiya etməyi planlaşdırdığı ABŞ istehsal layihələrinin təxminən 40%-i dayandırılıb və ya ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times “qəzeti məlumat yayıb.
Materialda qeyd olunur ki, 2022-ci ildə dövlət başçısı inflyasiyanın azaldılması ilə bağlı qanun, həmçinin çips və elm haqqında qanun imzalayıb. Onlar ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı və tam yarımkeçirici istehsalı tsiklinin yaradılması üçün ümumi məbləği 400 milyard dollardan çox olan subsidiyaların, qrantların və kreditlərin ayrılmasını nəzərdə tuturdular.
Lakin jurnalistlərin sözlərinə görə, bir sıra layihələr üzərində iş qeyri-müəyyən fasiləyə və ya iki aydan bir neçə ilə qədər təxirə salınıb. Söhbət həyata keçirilməsi üçün ümumilikdə təxminən 84 milyard dollar tələb olunan təşəbbüslərdən gedir.