“Bayer 04” klubu tarixi rekorda imza atıbbackend

“Bayer 04” klubu tarixi rekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bayer 04” klubu tarixi rekorda imza atıb.

NOCOMMENT.az report-a  istinadən xəbər verir ki, leverkuzenlilər məğlubiyyətsizlik seriyasını 30 oyuna çatdırmaqla klub rekordunu yeniləyiblər.

Xabi Alonsonun yetirmələri son olaraq Almaniya Kubokunun 1/4 final mərhələsində “Ştutqart”a 3:2 hesabı ilə qalib gəliblər. Bu, “Bayer 04”ün son 8 görüşdə 7-ci qələbəsidir.

Qeyd edək ki, “Bayer 04” növbəti matçını fevralın 10-da keçirəcək. Komanda həmin gün Bundesliqanın XXI turunda “Bavariya” ilə üz-üzə gələcək.