Bu gün Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə NOCOMMENT.az – a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Səbail rayonu ərazisində yerləşən “Gülüstan” qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, oktyabrın 1-də saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.
Həmin müddət ərzində Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.