Dar və pilləkənli küçələrdə yüksək sürətlə velosiped sürürlər… Küçələrdən, pilləkanlardan keçərkən görüntü də çəkirlər… Nə özləri, nə də başqalarıüçün yaratdıqları təhlükənin fərqində deyillər…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində uşaqların velosipedi təhlükəli şəkildə idarə etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Görüntülərdən yol alıb, üz tutduq Bayıla.
Sakinlərdən bəziləri uşaqların bu hərəkətini ekstrim kimi qəbul etdiklərini, digərləri isə bu kimi hallardan ciddi narahat olduqlarını dilə gətirdilər.
Məktəblilər isə deyirlər ki, qarşılaşdıqları bu kimi hallar onları da narahat edir.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli qeyd edib ki, video görüntü ilə bağlı hazırda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













