“Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDIbackend

“Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Baykar” şirkəti daha bir ölkəyə “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ixrac edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” hesabında məlumat yayıb.

Şirkət PUA-nın ixrac edildiyi yeni ölkənin adını açıqlamayıb.

Açıqlamada qeyd olunur ki, yeni müqavilə “BayraktarTB2”nin ixrac edildiyi ölkələrin sayı 13-ə çatıb.

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.
Modern