Bayram günlərində 142 nəfər zəhərlənib – ÖLƏN VARbackend

Bayram günlərində 142 nəfər zəhərlənib – ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günlərində, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub.

NOCOMMENT.az xəbər verir ki, Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Rəsmi məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 5-i qadın, 3-ü kişi, 5-i uşaqlardır. Onlardan 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, bir qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.

Bildirilib ki, müraciət edən digər 36 nəfərdə zəhərlənmə faktı qeydə alınmayıb.