Bayram Məmmədov İstanbulda necə boğulub? – Türkiyə KİVbackend

Bayram Məmmədov İstanbulda necə boğulub? – Türkiyə KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatı da İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun ölüm hadisəsindən yazıb.

NOCOMMENT.az Bakupost-a istinadən xəbər verir ki, “Sabah” nəşrinin yaydığı məlumata görə, hadisə İstanbulun Kadıköy rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 25 yaşlı ictimai fəal dənizə düşən başmaqlarını götürmək üçün suya enən zaman boğulub. Məlumatda mərhumun üzə bilməməsi də qeyd olunub.

Hadisə mayın 2-də baş verib. Qeyd olunub ki, xilasetmə işləri aparan əməkdaşlar onun cansız cəsədini Haydarpaşa ərazisində tapıb. Azərbaycanlı gəncin ölümündən sonra Kadıköy rayon polis şöbəsinə gələn Bayramın dostu onun iki gündür itkin düşdüyünü bildirib. Polisin göstərdiyi fotodan itkin düşən şəxsin Bayram olduğu təsdiqlənib.