Bayram Səfərovun işdən çıxarılan oğluna yeni vəzifə verildi – FOTObackend

Bayram Səfərovun işdən çıxarılan oğluna yeni vəzifə verildiFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.
NOCOMMENT.az-ın unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə idarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.