Bayramda alınan kilolardan QURTULMA YOLLARIbackend

Bayramda alınan kilolardan QURTULMA YOLLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər bayram günlərində alınan artıq kiloları tez itirmək üçün bir neçə çıxış yolu təklif ediblər. Məlumdur ki, bayram tətlindən sonra çoxları aldıqları kilodan şikayyət edirlər. Ancaq dietoloqların məsləhət gördüyü möcüzəvi meyvə şirələri sayəsində siz artıq çəkidən qurtula bilərsiniz.

NOCOMMENT.az xəbər verir ki, dietoloqların sözlərinə görə 3 növ şirə vasitəsi ilə orqanizmdə olan artıq yağları yox etmək mümkündür.

Onlardan birincisi pomidor şirəsidir. Pomidor şirəsinin 100 qramı cəmi 18 kaloridir. İkinci 100 qramı 50 kalori edən alma şirəsidir. Üçüncüsü isə 100 qramında 40 kalori olan kök suyudur.

Amerikan dietoloqlarının sözlərinə görə bu üç meyvə şirəsi kilo verməyinizə və  metabolizmanızın yaxşılaşmağına kömək edəcək.