Bayramlı işdən çıxandan sonra ilk dəfə görüntüləndibackend

Bayramlı işdən çıxandan sonra ilk dəfə görüntüləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddətdən sonra ilk dəfə ictimai tədbirdə görünüb.

NOCOMMENT Axşam.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində çalışan R.Bayramlı bir neçə gün əvvəl universitetin professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.

Qeyd edək ki, R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotosudur.