Bayramov Blinkenin əlini niyə sıxmaq istəmədi? – Vaşinqton görüşündən imtina səbəbləribackend

Bayramov Blinkenin əlini niyə sıxmaq istəmədi? – Vaşinqton görüşündən imtina səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ, ilk növbədə, çalışır ki, Azərbaycan ərazisini könüllü tərk etmiş ermənilərin geriyə qaytarılmasına nail olsun və bu kontekstdə də sülh müqaviləsi imzalansın”.

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Azərbaycan tərəfinin Vaşinqton görüşündən imtinasını şərh edib.

Xatırladaq ki, ABŞ Konqresində Qarabağ haqqında dinləmələr keçirilən zaman bir sıra ermənipərəst konqresmenlər 907-ci düzəlişin dondurulmasının ləğvi ilə bağlı qərarın qüvvəyə minməsindən sonra rəsmi Bakı Vaşinqton görüşlərindən imtina etdi.

Q. Hüseynlinin sözlərinə görə, ABŞ-ın əsas niyyəti Rusiyanı Cənubi Qafqazda sıxışdırmaqdır:

“Vaşinqton bu istiqamətdə Cənubi Qafqaz ölkələrini öz ətrafında cəmləşdirməyə çalışır. ABŞ-ın sülhyaratma prosesində qeyri-obyektivliyi, ikili yanaşma tərzi və xristian təəssübkeşliyi olmasaydı, Azərbaycan Vaşinqtona gedə bilərdi. Amma Konqresdə açıq-aşkar məhkəmə qurdular, Azərbaycanı tənqid və təhdid edib hədələdilər. Bu cür yanaşma həm beynəlxalq etikaya uyğun deyil, həm də bütövlükdə, Azərbaycana qarşı təhqiramiz münasibətin göstəricisidir. Buna görə də rəsmi Bakı Vaşinqton görüşdən imtina etdi”.

“Sülh müqaviləsinə gəlincə, Kreml istəyir ki, o, Moskvada imzalansın. Bu gün proseslər həmin istiqamətdə gedir, amma İrəvan bununla razılaşmır.

Qısası, tərəflərdən biri Rusiya ilə birgə olmaq istəyirsə, digəri başda ABŞ olmaqla, Qərblə olmaq niyyətindədir. Ona görə də sülhyaratma prosesində gərgin münasibətlər özünü büruzə verir”, – deyə Q. Hüseynli fikirlərini yekunlaşdırıb.