Bayramov sərhədlərin demarkasiyasından danışdıbackend

Bayramov sərhədlərin demarkasiyasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq.

NOCOMMENT axar.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “A Haber”ə açıqlamasında deyib.

“Ərazi bütövlüyümüz və beynəlxalq sərhədlərimiz bərpa olunandan sonra keçmişdə baş verənlərə rəğmən, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri normallaşdırmaq üçün unikal şansın olduğuna inandığımızı deyirik. Bakı Ermənistanla dialoqa və münasibətlərin normallaşmasına açıq olduğunu bəyan edir”, – deyə XİN başçısı bildirib.

C.Bayramov qeyd edib ki, keçən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan bəyanat var: “Biz hesab edirik ki, üçtərəfli bəyanatın bütün müddəaları daha yaxşı atmosfer yaratmaq üçün son dərəcə vacibdir. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Əlbəttə Ermənistandan da eynisini gözləyirik.

Hələ də həllini tapmayan məsələlər mövcuddur. Həmçinin hesab edirik ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin demarkasiyası məsələsi də son dərəcə vacibdir”.