Bayramqabağı “od” qiymətinə restoranlar: Normaldır, çünki…backend

Bayramqabağı “od” qiymətinə restoranlar: Normaldır, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayramöncəsi restoran və kafelərdə bahalaşma bu il də təkrarlanır. Artıq bayramqabağı ictimai iaşə müəssisələrindəki “əl yandıran” qiymətlər təəccüblü görünmür. Lakin bundan şikayətlənənlər də az deyil.

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov “Yeni Sabah”a danışarkən qiymət artımını normal hesab edib:

“Qiymət artımı menyudan əlavə olaraq, tələbin imkanı üstələməsindən irəli gəlir. Restoranların və ölkə əhalisinin sayına müqayisə etsək, görərik ki, Azərbaycanda mövcud olan restoran şəbəkəsi digər ölkələrlə müqayisədə o qədər də geniş deyil. Ona görə də qymətindən şikayət etdiyimiz restoranlara gedəndə boş yer tapılmır. Bu da onu göstərir ki, restoranlara tələb həddən artıqdır. Qiyməti formalaşdıran da tələbin çox olmasıdır.

Bayram ərəfəsində restoran və kafelərdə qiymətlərə dövlət müdaxilə etməməlidir. Bu, iqtisadiyyata ziyan vura bilər.

Dünyanın istənilən ölkəsində analoji halla rastlaşmaq mümkündür. Hansı xidmət sahəsinə tələb artırsa və burada say azlığı mövcuddursa, bahalaşma qaçınılmaz olur. Əgər qiymətlərin enməsini istəyiriksə, bunun üçün sözügedən xidmət sahəsi sayca çoxalmalıdır”.