Bayraqdarın Aqsadan paylaşımını sosial şəbəkələr sildilərbackend

Bayraqdarın Aqsadan paylaşımını sosial şəbəkələr sildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səlcuq Bayraqdarın Məscidul-Aqsada baş verən yanğını mahnı oxuyaraq və rəqs edərək izləyən yəhudilərin videosunu paylaşaraq, fikrini bildirdirdiyi post instaqram və feysbuk tərəfindən silinib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə S.Bayraqdar sosial şəbəkə hesabında məlumat verib. Belə ki, o, paylaşımda İsraili faşist adlandıraraq, bombalı hücum vaxtı 16 uşağın öldürülməsini və yandıralan məscidin yəhudilər tərəfindən sevinclə qarşılanmasını qınayıb:

“İrqçi faşist dövləti

Dünyanın hansı yerində gündüz 16 uşağı bombayla qətl edib, axşam da müqəddəs məbədin yandırılmasına rəqs edirlər? Bu yandırdığınız od özünüzə qayıdar. Allah Adildir və mütləq hökm sahibidir”.

Bundan sonra Bayraqdar tvitterdə hər iki sosial şəbəkə platformasına reaksiyasını bildirib:

‘İnstaqram aşağıdakı paylaşımımı “nifrət çıxışı” deyə silib. Uşaqları, mülkiləri qətl etmək, məbədləri yandıraraq izləmək və mahnı oxuyub, rəqs etmək nifrətdir, vəhşilikdir, qətliamdır. Sizin fikir azadlığı, insan haqları deyən ikiüzlülüyünüz batsın”.

Daha sonra Bayraqdar feysbuku da qınayaraq sözügedən videonu yenidən yükləməyə çalışdığını, amma izin verilmədiyini bildirib.