Bazardan 2130 manatlıq gilas oğurlandıbackend

Bazardan 2130 manatlıq gilas oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram albalının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində gilas oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.