Bazarlarda qarpız – yemiş niyə qıtdır? — SƏBƏBbackend

Bazarlarda qarpız – yemiş niyə qıtdır? — SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarpız və yemişin sayında ötən illə müqayisədə qıtlıq müşahidə olunur. Amma qiymətləri münasibdir.

NOCOMMENT.az xəbər verir ki, demokrat.az- açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib ki, qıtlıqla yanaşı, məhsulun alıclıq qabiliyyəti də yüksək deyil:

“Qarpızın minimum qiyməti 50 qəpik, yemişin də ortalama qiyməti 1 manatdır. Alıcılıq qabiliyyəti də olduqca yüksək deyil. Adətən havalar isti olduqda bu məhsullara daha çox təlabat olur. Həm məhsuldarlıq aşağıdır, həm də hava şəraitinin əlverişsiz keçməsindən dolayı qarpız və yemiş əkənlərdə o qədər də yüksək məhsul götürə bilməyiblər. Amma bu qıtlıq hələki qiymət artımına səbəb olmayıb.

Adətən məhsul qıtlığı olduqda qiymət qalxır, amma məsələ burasındadır ki, hava sərin keçir deyə məhsul qıt olsa da, alıcılıq qabiliyyəti də aşağıdır. Ola bilər ki, qarşıdakı həftələrdə havalar daha da isti keçsin və qarpız-yemişə təlabat artsın”.

Ekspertin sözlərinə görə, bazarda qiymətə təsir edən əsas amil təklifdir:

“Təklif çoxalarsa, qiymətlər bir qədər də aşağı enər. Ötən il qarpız 30-40 qəpiyə qədər ucuzlaşdı. Bu il isə bunun baş verəcəyi gözlənilmir. Bu da onunla bağlıdır ki, ötən il ilə müqayisədə bu il istehlak qiymətləri xeyli bahalaşıb və müəyyən qıtlıqlar var”.