BBC Qəzza ilə bağlı xəbərə görə üzr istədibackend

BBC Qəzza ilə bağlı xəbərə görə üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BBC İsrailin “Əl-Şifa” xəstəxanasındakı əməliyyatı ilə bağlı Reuters-ə istinadən verdiyi səhvə görə üzr istəyib. Bu barədə Twitter-də məlumat verilib.

Qeyd edildiyi kimi, telekanal səhvən İsrail Müdafiə Qüvvələrinin Qəzza xəstəxanasında tibb işçilərinə hücum etdiyini bildirib.

“Bu, Reuters-in hesabatından yanlış və təhrif olunmuş sitatdır”, – BBC-nin açıqlamasında deyilir.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bildirib ki, ÜST İsrail Müdafiə Ordusunun hərbi əməliyyat keçirdiyi “Əl-Şifa” Xəstəxanasının əməkdaşları ilə əlaqəsini itirib.