BCM-yə kiberhcüm edilibbackend

BCM-yə kiberhcüm edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsinə kiber hücum edilib.

Beynəlxalq Cinayət Məhkəməsi rəhbərliyi qurumun ötən həftə sonu kiberhücuma məruz qaldığını bildirib. Bildirilib ki, kompüter şəbəkəsində qeyri-adi aktivlik aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində yerləşən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından biri olan Beynəlxalq Cinayət Məhkəməsi kiberhücuma məruz qalıb. BCM-dən verilən açıqlamada qurumun ötən həftə sonu kiber hücuma məruz qaldığı, kompüter şəbəkəsində qeyri-adi bir fəaliyyətin təsbit edildiyi və bunun davam edən müdaxiləyə səbəb olduğu bildirilib. “Bu kibertəhlükəsizlik hadisəsinə reaksiya vermək və onun təsirini yumşaltmaq üçün təcili tədbirlər görülüb”.

BCM hücumun nə qədər ciddi olduğu, tam həll edilib-edilmədiyi və ya arxasında kimin ola biləcəyi ilə bağlı şərh verməkdən imtina etdi. ICC sistemində çox həssas sənədlər, sübutlar və qorunan şahidlərin adları olduğu bilinsə də, kiberhücumun sistemin hansı hissəsinə daxil olduğu bilinmir.

Qeyd edək ki, BCM 2002-ci ildə Haaqada hərbi cinayətlər və insanlığa qarşı cinayətləri mühakimə etmək üçün yaradılıb. Məhkəmənin prokurorları hazırda Ukrayna, Uqanda, Venesuela, Əfqanıstan və Filippində vəziyyətlə bağlı 17 araşdırma aparır. Ötən mart ayında məhkəmə ukraynalı uşaqları Ukraynadan qanunsuz çıxarmaqda şübhəli bilərək Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.