BDU “Məzun Günü” üçün 250 min manata yaxın xərc çəkibbackend

BDU “Məzun Günü” üçün 250 min manata yaxın xərc çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universiteti (BDU) tərəfindən 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsinə çəkilən xərc məlum olub.

NOCOMMENT.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, tədbirlə bağlı malların, iş və xidmətlərin satın alınması 146 min 662 manat xərc çəkilib.

Universitet xidmətlərin göstərilməsi üçün “Admedia.Az” MMC ilə müqavilə bağlayıb.

Onu da qeyd edək ki, BDU “Məzun Günü” tədbirinin təşkili üçün Milli Gimnastika Arenasını 94 min 400 manata icarəyə götürmüşdü.