Bakı Dövlət Universiteti (BDU) növbəti iri həcmli infrastruktur layihəsinə start verir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, universitet Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri ilə bağlı satınalma prosedurlarına başlayıb.
Layihə üzrə ehtimal olunan qiymət 25.069.900,04 manat təşkil edir.
Hazırda binanın texniki vəziyyəti və təmirə ehtiyacın konkret səbəbləri barədə ictimaiyyətə açıqlama verilməyib. Eyni zamanda, təmir işlərini hansı şirkətin həyata keçirəcəyi də hələlik məlum deyil.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir.