BDU-nun 7 tələbəsi müsabiqədə qalib gəldibackend

BDU-nun 7 tələbəsi müsabiqədə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 8-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 10 dekabr – İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

NOCOMMENT.az xəbər verir ki, tədbir son bir ildə ölkəmizdə insan hüquqları ilə bağlı qəbul edilmiş hüquqi aktları və görülmüş işləri, Mərkəzin və İnstitutun insan hüquqlarının müdafiəsi sahəsində rolunu və müxtəlif tərəfdaşların bu sahədə təcrübəsini müzakirə etmək məqsədilə təşkil olunub.

Tədbirdə Mərkəzin icraçı direktoru Samir Mahmudov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər.

Qeyd edək ki, dekabr ayında Hüquq və İnsan Haqları İnstitutu müxtəlif universitetlərin hüquq və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri arasında 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə elan edib.

Müsabiqədə ən yüksək nəticələr göstərən BDU-nun Hüquq fakültəsinin 3 tələbəsi – Eynəddin Həbibov, Arzu Şükürova və Şahid Məhərrəmli hüquq nominasiyası üzrə, həmçinin, BDU-nun Jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən 4 tələbəsi – Nuranə Quliyeva, İsa Taralov, Şəms Hüseynli və Elşən Soltanzadə jurnalistika nominasiyası üzrə qalib elan ediliblər.