Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə universitetin Mətbuat xidmətindən bildirilib.
İlham Baxış oğlu Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb.
O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib. 2015-ci ildən həmin kafedranın müdir müavini idi.\\Unikal