BDU-nun bir korpusunda 23,5 milyonluq təmir işlərinin icrası bu şirkətə həvalə olundubackend

BDU-nun bir korpusunda 23,5 milyonluq təmir işlərinin icrası bu şirkətə həvalə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasında əsaslı təmir işlərini həyata keçirəcək şirkət müəyyən olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az ali təhsil müəssisəsindən məlumat əldə edib.

Məlumata görə, universitetin bu korpusda həyata keçirəcəyi nəhəng təmir işləri ilə bağlı elan etdiyi satınalma müsabiqəsi yekunlaşıb.

10 mərtəbəli və zirzəmiyə malik tədris binasında əsaslı təmir işlərini həyata keçirmək üçün ən sərfəli qiyməti “Koneks Construction” təklif edib. Belə ki, şirkət korpusda nəzərdə tutulan bütün təmir işlərinin icrası üçün BDU-ya 23 milyon 490 min manat vəsaitin sərf olunacağını müəyyənləşdirib.