BDU-nun əməkdaşı 39 yaşında vəfat etdibackend

BDU-nun əməkdaşı 39 yaşında vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.

Qaynarinfo xəbər verir ki, NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, Şəfa Əlizadə 39 yaşında dünyasını dəyişib.

Mərhum, 2012-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçi və laborant işləyib. Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi.