BDU-nun sahibkar doktoru sürücülük hüququndan məhrum edilə bilərbackend

BDU-nun sahibkar doktoru sürücülük hüququndan məhrum edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Seysmologiya və Yer təkinin fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı, fəlsəfə doktoru Parisa Zabolestani barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Sabunçu Rayon Məhkəməsində göndərilib. Anar Rzayev iş üzrə hakim təyin edilib.

529.3-cü maddədə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Parisa Zabolestani həm də sahibkardır. O, “AzGP Engineering” MMC-nin təsisçisidir. Şirkət 1 sentyabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnaə kapitalı 100 AZN-dir.

“AzGP Engineering” MMC seysmik təhlükənin qiymətləndirilməsi, inşaat sahəsinin geofiziki tədqiqatları, qrunt sularının səviyyəsinin geofiziki üsulla kontrolu, şirin su mənbələrinin axtarışı və quyuların qazılması, filiz yataqlarının geofiziki üsullarla axtarışı, laborotor servisi və ekoloji tədqiqatlar həyata keçirir.