BDU-nun yeni yataqxanasının açılışı olub – FOTObackend

BDU-nun yeni yataqxanasının açılışı olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunan tələbə yataqxanasının açılışı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində məlumat verib.

Nazir bildirib ki, beşmərtəbəli yataqxana binasında 220 nəfər tələbə üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, yataqxananın ümumi sahəsi 5100 kvadratmetrdir. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.