“Beautytime” salonunda qalmaqal: Müştərinin üzü lazerlə yandırılıb? – VİDEObackend

“Beautytime” salonunda qalmaqal: Müştərinin üzü lazerlə yandırılıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən “Beautytime” gözəllik salonu ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıqlar yayılıb. İddialara görə, salona lazer epilyasiyası üçün müraciət edən bir xanım, prosedur zamanı üz nahiyəsindən yanıq xəsarəti alıb.

NOCOMMENT.az Xüsusi.tv-yə istinadən xəbər verir ki, zərərçəkən qadın paylaşımında yazır:

“İllərdir lazerə gedirəm, amma bu dəfə düşündüm ki, ‘adlı salon olar, məsuliyyətlə yanaşarlar’. Amma nəticə – üzüm yandı! Elə vecsiz davranırlar ki, müştəriyə hörmət qalmayıb. Kampaniya adı ilə kim gəldi, işlərini başdansovdu görürlər.”

Hadisə cəmiyyətdə haqlı narazılıq yaradıb. Vətəndaşlar bildirirlər ki, bəzi tanınmış salonlar sadəcə reklam və görüntü üçün çalışır, peşəkarlıq və təhlükəsizlik isə arxa planda qalır.

Məlumata görə, “Beautytime” salonunun rəhbəri Könül Həmzəyevadır. Lakin o, yayılan iddialarla bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verməyib.

Sosial şəbəkələrdə onlarla istifadəçi eyni salondan narazı qaldıqlarını qeyd edərək yazıblar ki, “pullarını alırlar, amma nəticə fəlakət olur”.