Bədavi Hüseynov: “Qələbə üçün darıxmışıq”backend

Bədavi Hüseynov: “Qələbə üçün darıxmışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə ilə oyunda buraxdığımz səhvləri analiz etmişik. Bir neçə hücum təşkil edib, qol imkanları yaratmağı bacardıq”.

NOCOMMENT.az report.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov Belarus yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

Müdafiəçi bildirib ki, bu cür oyunamağa davam etdirməlidirlər: “Qələbə üçün darıxmışıq. Komanda olaraq əhval-ruhiyyəmiz yaxşıdır. Yaxşı futbol oynayaraq nəticə qazanmağa çalışacağıq. Türkiyə ilə oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Etiraf etmək lazımdır ki, standart vəziyyətlər üzərində çalışırıq. Onlarda çempionat davam etsə də, düşünmürəm ki, bu, rəqib üçün üstünlük olsun. Çünki bizdə də mövsüm yeni başa çatıb, Türkiyə ilə hazırlıq oyunu oynamışıq. Belarus millisi ilə oyun bərabər səviyyəli komandaların mübarizəsi olacaq”.

Əli Qurbani isə Belarus millisisini yaxşı komanda adlandırıb: “Türkiyə ilə oyunda uduzsaq da, yaxşı oynadığımızı düşünürəm. Fərqlənmək üçün şanslarımız oldu, sadəcə son anda dəqiq ola bilmədik. Əgər bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. Hazırda Belarus çempionatı davam edir. Bu amil onlar üçün üstünlük ola bilər. Amma biz də mövsüm ərzində 4 gündən bir futbol oynamışıq. Hazır formada olduğumuzu düşünürəm. Hər hansı yorğunluqdan söhbət gedə bilməz. Yaxşı nəticə əldə etmək üçün bacarığımızı ortaya qoymalıyıq. Xüsusən, güclü komandalarla – Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu nümayiş etdirmişik. Yaratdığımız fürsətləri dəyərləndirə bilsək, komandanın özünəinamı artacaq”.

Qeyd edək ki, iyunun 2-də Minskdəki “Dinamo” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.