Bədbəxt hadisə – gəzməyə gəldikləri şəhərdə öldülərbackend

Bədbəxt hadisə – gəzməyə gəldikləri şəhərdə öldülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Fatih şəhərində keçən həftə 5 mərtəbəli binanın birinci mərtəbəsində pide sobası olan binada baş verən yanğında eyni ailədən 5 nəfər həyatını itirib.

NOCOMMENT xəbər verir ki, gecə binada çıxan yanğında Mehmet Erboğa(24), Beşir Erboğa(18), Mehmet Erboğa(15), Abdulkadir Erboğa(18) aparıldıqları xəstəxanada həyatını itirib. Ağır xəsarətlərlə xəstəxanada müalicə olunan Eyyüp Erboğa (23) bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib. Meyitlər doğulduğu Mardində dəfn edilib. Həyatını itirənlərin ailələri Milliyyətə danışıb. Övladlarının İstanbula işləmək üçün deyil, səyahət üçün gəldiyini bildirən ailə, yaşadıqları ağrını heç bir sözlə ifadə etmədiyini bildirib.