Bədbəxtliyə səbəb olan 5 vərdiş – Bunları qətiyyən etməyin..!backend

Bədbəxtliyə səbəb olan 5 vərdiş – Bunları qətiyyən etməyin..!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoşbəxtlik əslində düşündüyünüzdən daha asan əldə edilə bilər. Gün ərzində etdiyimiz bəzi vərdişlər əslində bizi bədbəxtliyə sürükləyir. Bu vərdişlərdən xəbərdar olmaq və onlardan qısa müddətdə qurtulmaq xoşbəxtliyə ilk addımınız ola bilər. “Niyə bədbəxtəm?” sualının cavabını bu vərdişlərdən xəbərdar olaraq tapa bilərsiniz.

NOCOMMENT.az xəbər verir ki, bədbəxtliyə səbəb olan vərdişlər bunlardır:

Mənfi duyğuları qəbul edin

Mənfi emosiyalar müsbət emosiyalar qədər realdır. Mütəxəssislərin sözlərinə görə, özünü mənfi hisslərə bağlayan insanların müsbət emosiyalar keçirməsi çətindir. Mənfi duyğuları daxilə atmaq həmişə digər sağlamlıq problemlərinə səbəb olur. Mənfi duyğuları görməzlikdən gəlmək yerinə onları ətrafa ifadə etməyə çalışın. Ancaq bunu edərkən ölçünü qaçırmayın.

Səhv etməkdən qorxmayın

Səhv etmədən həqiqətləri tapmaq olmaz. Uğursuzluq qorxusu əvəzinə özünüzə səhv etməyə icazə verin. Yalnız bu şəkildə real həyatla qarşılaşa bilərsiniz. Heç bir səhvin həvəsinizi öldürməsinə imkan verməyin. Daima bunun həqiqətə çatmaq üçün bir addım olduğunu özünüzə xatırladın.

Qurban olmağı seçməyin

Problemlərinizə və olduğunuz vəziyyətə görə digər insanları günahlandırmaq ən asan yol ola bilər. Ancaq bu sizə və ya digərlərinə fayda vermir. Qurbanı oynamayın və məsuliyyətli olun. Problem yönümlü deyil, həll yönümlü olmağa çalışın.

Keçmişi düşünməyin

Gün ərzində fikrinizi məşğul edən düşüncələrdən uzaq olmağa çalışın. 5-10 il əvvəl yaşadığınız hadisə barədə düşünməyin faydası yoxdur. Bu düşüncələr ağlınıza gələndə diqqətinizi başqa şeylərə yönəldin.

Özünüzü müqayisə etməyin

Heç vaxt özünüzü başqaları ilə müqayisə etmək çuxuruna düşməyin! Çıxmaq çətin ola bilər. Bunun əvəzinə öz nailiyyətlərinizə və nə edə biləcəyinizə diqqət edin.