BƏƏ-nin “Flydubai” aviaşirkəti Dubaydan Mineralnıye Vodıya uçuşları bərpa etmək qərarına gəlib.
NOCOMMENT.az bu barədə Minvod Beynəlxalq Hava Limanının mətbuat xidmətinə istinadən xəbər verir.
“Yanvarın 3-dən Flydubai Mineralnıye Vodı Beynəlxalq Hava Limanından Dubaya birbaşa müntəzəm reysləri bərpa edəcək”, – deyə məlumatda deyilir.
Bundan əvvəl Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar bir neçə iri aviaşirkət Rusiyaya uçuşları dayandırmışdı. O cümlədən, Qazaq Air 2025-ci il dekabrın 28-dən yanvarın 27-dək Astana – Yekaterinburq marşrutu üzrə uçuşları ləğv edib. Bundan əlavə, Flydubai bəzi uçuşları dayandırıb.