BƏƏ, Fransa və Hindistan “Üçtərəfli Əməkdaşlıq Təşəbbüs”nü təsis etdibackend

BƏƏ, Fransa və Hindistan “Üçtərəfli Əməkdaşlıq Təşəbbüs”nü təsis etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fransa və Hindistanın “Üçtərəfli Əməkdaşlıq Təşəbbüsü” adlı birlik qurduğu bildirilir.

NOCOMMENT.az xəbər verir ki, BƏƏ rəsmi xəbər agentliyi “WAM”da yer alan xəbərə görə, BƏƏ xarici işlər naziri Abdullah bin Zayed, Fransa xarici işlər naziri Ketrin Kolonna və Hindistan xarici işlər naziri Subrahmanyam Caishankar telefonla danışıb.

“Üçtərəfli Əməkdaşlıq Təşəbbüsü”nün BƏƏ, Fransa və Hindistan tərəfindən təsis edildiyi xəbərdə bu təşəbbüsün enerji və iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq layihələrinin təşviqi, planlaşdırılması və həyata keçirilməsi üçün forum rolunu oynadığı vurğulanıb.

Xəbərdə, təşəbbüs sayəsində üç ölkə arasında sıx əməkdaşlıq, harmoniya, inkişaf və birgə istehsal sahələrinin artırılması üçün səylər göstəriləcəyi və üç ölkənin müdafiə qüvvələri arasında daha çox əməkdaşlıq və təlim imkanlarının axtarılacağı qeyd edilib.

NOCOMMENT.AZ