BƏƏ səfirliyi Qadınlar Gününə həsr edilmiş tədbir keçiribbackend

BƏƏ səfirliyi Qadınlar Gününə həsr edilmiş tədbir keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi (BƏƏ) Azərbaycan Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Beynəlxalq Qadınlar Gününə həsr edilmiş onlayn tədbir keçirib.

Səfirlikdən NOCOMMENT-ə verilən məlumata görə, tədbiri açan diplomatik korpusun müvəqqəti işlər vəkili Abdulla əl Şəmsi müzakirələrin məhsuldar olacağına inamını ifadə edərək, bu tədbirin dost ölkələrimiz arasında gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi sahəsində təcrübə mübadiləsi sahəsində bir fürsət olduğunu qeyd edib.

Həmçinin, diplomat bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, ölkənin inkişafında bu qədər mütərəqqi və aktiv qadınların olmasından qürur duyur. Beləliklə, BƏƏ-nin təqvimlərində rəsmi olaraq bu torpağın xanımlarına həsr olunmuş xüsusi bir gün var – 28 avqust. Həmin gün millətin qadınlarının BƏƏ-nin inkişafındakı rolunu tanımaq məqsədi daşıyır. Tarixi millətin anası şeyxə Fatimə bint Mübarək seçib. Bu tarix 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yaranmasına təsadüf edir.

Ümumiyyətlə, BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və BƏƏ-dəki qadınlar kişilərlə eyni hüquqi statusa və hüquqlara sahibdirlər. BƏƏ strateqiyası qadınların təhsili, sağlamlığı, iqtisadi fürsəti, siyasi iştirakı və gender balanslı qanun yaradıcılığının inkişafını dəstəkləyir. BƏƏ qadınları liderlik, texniki və akademik rollarda vəzifə tuturlar. BƏƏ-də nazir vəzifəsində olan qadınlar da var.

Əmirlik qadınları, həmçinin, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin heyətinə qoşulur və xarici ölkələrdə diplomat kimi fəaliyyət göstərirlər. Onlar ölkəni yüksək səviyyədə təmsil edirlər. Zati-Aliləri Prezident Xəlifə bin Zayed Əl Nəhyanın fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50% -i qadın olmalıdır.

BƏƏ qadınları eləcə də uğurlu iş qadınlarıdır. Bildiyiniz kimi, BƏƏ Ümid zondunu Marsa müvəffəqiyyətlə göndərdi. Fakt budur ki, bu Missiya komandası üzvlərinin 34 faizi Əmirlik qadınlarıdır.

Qadınların hüquqlarının genişləndirilməsi və qorunması BƏƏ-nin xarici yardım strategiyasının əsas sütunlarından biridir. BƏƏ “100 Faiz Qadın” siyasəti hazırlayıb. Bu siyasətə əsaslanaraq BƏƏ bu məsələni Əmirliklərin humanitar proqram və layihələrinin bir hissəsi kimi saxlayır.

Daha sonra tədbir iştırakçıları birlikdə BƏƏ qadın gününə həsr edilmiş video izlənib.

Tədbirdə Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsi sektor müdiri Mətanət Məmmədova “Azərbaycanın görkəmli idmançı qadınları”, Mədəniyyət Nazirliyi beynəlxalq əməkdaşlıq və innovativ inkişaf departamenti baş konsultant Günel Məmmədova “Qadın hüquqlarının genişləndirilməsində mədəni və kreativ sənayelərin rolu”, Təhsil Nazirliyi beynəlxalq əməkdaşlıq departamenti mütəxəssis cənab Teymur Şirinov “Gender bərabərliyində təhsilin rolu” mövzusunda maraqlı çıxışlar edib.